İŞİD strateji əhəmiyyətli şəhəri Əsəddən aldı
Bizi izləyin

Dünya

İŞİD strateji əhəmiyyətli şəhəri Əsəddən aldı

İŞİD terror qruplaşması Suriyanın qərbindəki strateji əhəmiyyətli Əl-Karyatayn şəhərini tutub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Təşkilatından (Syrian Observatory for Human Rights) bildirilib.

Hüquq müdafiəçiləri hesab edirlər ki, strateji əhəmiyyətli şəhər üzərindəki nəzarət İŞİD-ə nəzarət etdiyi əraziləri birləşdirməyə imkan verəcək və terror təşkilatının döyüş əməliyyatları asanlaşacaq. Məlumata görə, toqquşmaların gedişatında Suriya ordusunun 37 hərbi qulluqçusu, İŞİD-in isə 23 döyüşçüsü ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm