Ukraynada rus diversant tutulub
Bizi izləyin

Dünya

Ukraynada rus diversant tutulub

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Donetsk şəhərində Rusiya vətəndaşını saxlayıb. Bildirilir ki, saxlanılan şəxs Ukraynaya təxribat qruplarının yaradılması məqsədilə keçib.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Donetsk şəhərində Rusiya vətəndaşını saxlayıb. Bildirilir ki, saxlanılan şəxs Ukraynaya təxribat qruplarının yaradılması məqsədilə keçib.

Bu barədə UTX sədri Valentin Nalivayçenko açıqlama verib. O, bildirib ki, saxlanılan şəxs 1977-ci ildə Krımda anadan olub, Rusiya vətəndaşıdır və hazırda Moskvada yaşayır.

UTX-dan verilən məlumatda bildirilir ki, Ukraynaya gələn Rusiya vətəndaşı son 15 gündür təhlükəsizlik qüvvələri tərəfindən izlənilir. Saxlanılan şəxsin Donetskdə yerləşən evində axtarış tədbirləri nəticəsində partlayıcı maddələr, detonatorlar, müxtəlif növ küt alətlər aşkar edilib.

Ukrayna Təhlükəsizlik Xidməti saxlanılan Rusiya vətəndaşının ölkəyə təxribat törətmək məqsədilə gəldiyini bildirib. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm