• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kremlə “soyuq müharibə” mesajı: “Sovet əsgərinə bir güllə atmadan...”

  • Dünya
  • 6 Avqust 2015 12:23
  • 688 Baxış
Kremlə “soyuq müharibə” mesajı: “Sovet əsgərinə bir güllə atmadan...”

ABŞ prezidenti Barak Obama Vaşinqtonda Amerika Universitetində çıxışında ölkəsini “soyuq müharibə”nin qalibi adlandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Obama ABŞ-ın Sovet İttifaqına qarşı “soyuq müharibə”ni qazandığını bildirib.

“Bütün münaqişələrin qarşısı alınmadı, amma dünya nüvə faciəsindən qaçdı. Sovet əsgərinə bir güllə atmadan “soyuq müharibə”ni udduq”, - Obama deyib.

Qeyd edək ki, son vaxtlar Rusiya və Qərb arasındakı münasibətlərdə artan gərginlik fonunda siyasətçilər və dövlət xadimləri “soyuq müharibə” terminindən istifadə etməyə başlayıblar. ABŞ dövlət katibi Con Kerri iyun ayında Rusiya prezidenti Vladimir Putinin 40 ballistik raketin nüvə arsenalına daxil ediləcəyi barədə bəyanatından narahatlığını ifadə edib. Kerri bildirib ki, heç kim geriyə - “soyuq müharibə” illərinə qayıtmaq istəmir.

Bu günlərdə Ağ Evin mətbuat katibi Coş Ernest də “soyuq müharibə”dən danışıb və Moskvanın ötən illərə geri qayıtmaq niyyətində olduğunu bildirib: “ABŞ “soyuq müharibə”yə qayıtmaq istəmir. Güman edirəm ki, bəziləri, xüsusilə prezident Putin “soyuq müharibə”nin mentalitetini yenidən qaytarmağa çalışırlar. Amma şübhəsiz ki, bu, ABŞ-ın planlarında yoxdur”.

Kremldə isə əksinə, Qərbi “soyuq müharibə”yə qayıtmaq cəhdlərində ittiham edirlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Reskov təssüfünü ifadə edib ki, keçən əsrin 70-ci illərinin ritorikası Qərbdə çox tez oyanıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR