Moskva Türkiyənin PKK-ya qarşı əməliyyatlarına qarşı çıxdı
Bizi izləyin

Dünya

Moskva Türkiyənin PKK-ya qarşı əməliyyatlarına qarşı çıxdı

Rusiya Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirdiyi hava əməliyyatlarına qarşı çıxıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev Misirin “Əl-Ahram” qəzetinə müsahibəsində PKK-nın İraq torpaqlarındakı mövqelərinin bombalanmasının hüquqilik baxımından şübhəli olduğunu deyib.

O, Türkiyənin PKK-ya qarşı hərbi əməliyyatları ilə Vaşinqtonun bölgədəki hərbi hərəkətləri arasında əlaqə qurub: “Koalisiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarı olmadan yaradılıb. Koalisiya Suriya torpaqlarında da Dəməşqin razılığını almadan fəaliyyət göstərir. Türkiyə hərbi təyyarələri isə Şimali İraqda hava əməliyyatları təşkil edir. Bu cür əməliyyatlar hüquqilik baxımından ciddi şübhələr oyandırır“.

Suriya və İraqın İŞİD-lə mübarizədə çətin günlər yaşadığını deyən Medvedevin sözlərinə görə, terrorçuluqla mübarizə üçün Birləşmiş Millətlər Təşkilatının çətiri altında maksimum sayda ölkələrin gücləri birləşdirilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm