“ABŞ ölkələri viran qoyur” – “Newsweek”in Azərbaycanda ARAŞDIRMASI
Bizi izləyin

Dünya

“ABŞ ölkələri viran qoyur” – “Newsweek”in Azərbaycanda ARAŞDIRMASI

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı nüfuzu aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Newsweek” jurnalının araşdırmasında deyilir.

Amerika ordusunun tədqiqat laboratoriyasının qismən dəstəklədiyi araşdırma bir sıra postsovet ölkələrində - Azərbaycanda, Qırğızıstanda, hətta Ukraynada aparılıb.

Nəşr yazır ki, Birləşmiş Ştatların təkcə Rusiyada deyil, Azərbaycanda, hətta Ukraynada da nüfuzu zəifləyib.

“Birləşmiş Ştatlar postsovet ölkələrində super dövlət kimi qəbul olunur, lakin onu başqalarının işinə həyasızcasına burnunu soxan ölkə kimi də təsvir edirlər. Misal üçün, ABŞ-ın maliyyə yardımı etdiyi QHT-ləri Birləşmiş Ştatlara “ayı xidməti” göstərən təşkilatlar kimi xarakterizə edirlər”, - deyə nəşr yazır.

2014-cü ilin aprelindən avqust ayına qədər aparılan araşdırma 18 fokus-qrup üzrə aparılıb.

Azərbaycanda fokus-qruplar Birləşmiş Ştatlara iki mövqedən yanaşırlar. Qadınlar Amerikanın təhsil sisteminin və həyat səviyyəsinin yaxşı olmasını qeyd edirlər. Kişilər isə demokratiyanı önə çəksələr də, ABŞ-ın müdaxilə siyasətini tənqid edirlər.

“Mən ABŞ-da olmamışam. Amma KİV-dən oxuyuram və anlayıram ki, Amerika demokratiya adı altında müsəlman ölkələrinə müdaxilə edir. Qaradərili prezidentin seçilməsi ABŞ üçün tarixi an oldu. Bu demokratiyanın göstəricisidir, lakin Amerika başqalarından daha artıq demokrat deyil və digərlərinə bunu öyrətməməlidir. Demokratiyanı hər ölkənin öz xalqı tətbiq edə bilər”, - deyə kişi respondentlərdən biri deyir.

Daha bir respondent isə ABŞ siyasətinin maraqlı tərəfi haqda danışır: “Bütün kiçik ölkələrdə Amerika imperialistləri şəxsləri hakimiyyətə gətirir və daha sonra həmin ölkənin sərvətlərini talamağa başlayırlar. Bundan sonra da həmin ölkəyə müdaxilə edir və bunu demokratiya, yaxud insan haqları ilə əlaqələndirir. ABŞ öz ölkəsini müdafiə edir, lakin başqa ölkələri viran qoyur”.

Digər bir kişi respondent deyir ki, ABŞ Azərbaycanda inqilab etməyə cəhd göstərib: “Bu haqda qəzetdən oxumuşam. Amerika və Britaniya imperialistləri Ukraynanı darmadağın etdilər. Eyni şeyi Azərbaycanda da etmək istəyirmişlər”.

Bölgədəki kişi respondentlərdən biri isə mitinq və küçə yürüşlərinin ölkədə sabitliyi pozmağa hesablandığını bildirir.

“Bunlarla problemi həll edə bilmərik. Çünki bu cür addımlar sabitliyi pozur və başqalarının maraqlarına xidmət edir. Mən etiraz aksiyalarına qarşıyam, çünki indiyə qədər olan bütün iğtişaşların sonu kədərli bitdi. Misir, yaxud Ukraynanı götürün. Hesab edirəm ki, bütün bunlar bizə ziyandır”, - deyə Sabirabaddan olan kişi respondent bildirir.

Bu araşdırmadan sonra “Newsweek” qeyd edir ki, ABŞ daxili işlərə müdaxilə kimi qəbul olunan demokratiya səylərini azaltmalıdır.

“Bu, nüfuzunu bərpa etmək üçün Birləşmiş Ştatlara lazımdır. Öz siyasi sistemi, iqtisadiyyatı və təhsili ilə daha çox iş görə bilər. Əgər zamanında bu edilsəydi, xarici müdaxiləçi olaraq ləkələnmiş olmazdılar”, - deyə araşdırmada bildirilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm