CHP koalisiya üçün əlavə iki nazirlik istədi
Bizi izləyin

Dünya

CHP koalisiya üçün əlavə iki nazirlik istədi

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti qurmağa ən yaxın partiya olaraq göstərilən Cümhuriyyət Xalq Partiyası (CHP) koalisiya müzakirələrində uzlaşılmayan məsələlərin həlli üçün əlavə olaraq 2 nazirlik istəyir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunlar xarici işlər və təhsil nazirlikləridir.

Məlumata görə, AKP sədri, baş nazir Əhməd Davudoğlu ilə CHP sədri Kamal Kılıçdaroğlu ən geci qarşıdakı bazar ertəsi görüşərək koalisiya heyətlərinin hazırladığı hesabatları müzakirə edəcək. Həmin görüşdə “Tamam, yoxsa davam?” sualına cavab veriləcək.

İki partiyanın uzlaşa bilmədiyi mövzuların başında xarici siyasət gəlir. Bundan başqa, AKP və CHP təhsil məsələlərində də fərqli yanaşma sərgiləyir.

CHP Xarici İşlər və Təhsil Nazirliklərinin ona veriləcəyi halda, uzlaşılmayan məsələlərin də aradan qalxacağını düşünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm