İŞİD “seks-cihad”dan imtina edən 19 qadını edam etdi
Bizi izləyin

Dünya

İŞİD “seks-cihad”dan imtina edən 19 qadını edam etdi

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüləri “seks-cihad”dan imtina edən 19 qadını edam ediblər.

Publika.az “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, İŞİD qadınları ötən il İraqın Mosul şəhərində girov götürüblər. Öldürülənlərin milliyyəti açıqlanmır.

Qeyd edək ki, “seks-cihad” anlayışı 2013-cü ildə yarandı. Səudiyyə Ərəbistanından olan din adamı Məhəmməd əl-Arifi qadınları döyüşçülərə seksual xidmət göstərmək üçün Suriyaya gəlməyə çağırıb. O iddia edib ki, “seks-cihad”da iştirak edən qadınların yeri cənnətdə təmin ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm