“Əl-Nüsra” Cəbhəsi Suriya-Türkiyə sərhədindən geri çəkilir
Bizi izləyin

Dünya

“Əl-Nüsra” Cəbhəsi Suriya-Türkiyə sərhədindən geri çəkilir

Suriyadakı müxalif qruplardan olan “Əl-Nüsra” Cəbhəsi Hələbin şimalındakı, Türkiyə sərhədi yaxınlığındakı nöqtələri digər müxalif qruplara təhvil verəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərar “Əl-Nüsra” Cəbhəsi ilə Hələbdəki digər müxalif qruplar arasında keçirilən toplantıda qəbul edilib.

Məlumata görə, qəbul olunan qərar çərçivəsində Hələbin şimalındakı Havar Kilis bölgəsi türkman qrupu “Sultan Murad” briqadasına təhvil veriləcək. Hələbin Azez mahalındakı bütün qərargahlar və şəhərin şimalında İŞİD-lə olan cəbhə xətti isə “Cephetu'ş Şamiyye” qrupuna təhvil veriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm