Avropa Komissiyasının prezidenti Ukrayna ilə bağlı bəyanat yaydı
Bizi izləyin

Dünya

Avropa Komissiyasının prezidenti Ukrayna ilə bağlı bəyanat yaydı

Martın 11-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Ukrayna ilə birtərəfli ticari tədbirlərlə bağlı mətbuat bəyanatı yayıb. Bəyanatda deyilir:

Martın 11-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Ukrayna ilə birtərəfli ticari tədbirlərlə bağlı mətbuat bəyanatı yayıb. Bəyanatda deyilir:

"Avropa İttifaqı mövcud vəziyyətin Ukrayna xalqının istəklərini nəzərə alaraq həll olunması üçün əlindən gələni etmək niyyətindədir. Bizim ilk prioritetimiz hazırki böhranın sülh və danışıqlar yolu ilə öz həllini tapmasıdır.

Biz həmçinin Ukraynaya ticari və iqtisadi vəziyyətini sabitləşdirməsi üçün dəstək verməyə hazırıq. Ötən cümə axşamı (martın 6-sı) Aİ dövlət və hökumət başçıları Avropa Komissiyası tərəfindən təqdim olunan 11 milyard avro həcmində yardım paketinin Ukraynaya ayrılmasını dəstəkləyiblər. Ukrayna baş naziri özü də bu yardım paketini minnətdarlıqla qarşılayıb.

Bildirmək istəyirəm ki, Avropa Komissiyası bu yardımın ayrılması üçün lazımi işləri tezliklə həyata keçirir.

Bu gün Avrokomissar Karel De Güxt (Karel De Gucht) və onun həmkarlarının işi nəticəsində, Ukrayna ilə bağlı tədbirlərin birincisini hazır etmişik: Ukrayna Dərin və Müfəssəl Azad Ticarət Zonası (DMATZ) tərəfindən nəzərdə tutulan bütün birtərəfli ticari güzəştlərdən Assosiasiya Müqaviləsi imzalanmadan belə istifadə edə biləcək. Bu Ukrayna üçün ildə 500 milyon avro həcmində iqtisadi artım təşkil edəcək.

Ümid edirəm ki, bu layihəmiz Avropa Parlamenti tərəfindən ən tez zamanda müzakirəyə çıxarılacaq və son plenar sessiyadan əvvəl qəbul olunacaq. Beləliklə, tədbirlər iyun ayından əvvəl qüvvəyə minəcək.

Təbii ki, bu Ukraynaya dəstək üçün yeganə mexaniz olmayacaq. Komissiya həmçinin 1 milyard avroluq "Makro Maliyyə Dəstəyi" paketi üzərində də işləyir.

Qeyd etmək istərdim ki, iqtisadi dəstək böyük olsa da, Ukraynaya yaranmış çətin vəziyyətdən çıxmaq üçün daha böyük bir yardım paketinin bir parçasıdır. Bildirmək lazımdır ki, Avropa İttifaqı Ukrayna ilə Assosiasiya Müqaviləsinin siyasi hissəsini mayın 25-dək imzalamağı planlaşdırır. Beləliklə, biz Ukrayna ilə münasibətlərimizi prezident seçkilərindən əvvəl bərkitmiş olarıq.

Bir daha demək istəyirəm ki, Aİ Ukraynanın yanındadır. Biz Ukrayna xalqının siyasi seçimlərinin demokratik yolla ifadə olunması üçün dəstək verəcəyik və beləliklə, ölkədə Avropa sülhü və sabitliyini təmin etməyə kömək edəcəyik."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm