İran məhkəməsindən şok qərar: “Sən də onun gözünü çıxar!”
Bizi izləyin

Dünya

İran məhkəməsindən şok qərar: “Sən də onun gözünü çıxar!”

İranda küçədə əlbəyaxa dava etdiyi adamın gözünü çıxaran şəxs öz gözündən də məhrum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə başqasının gözünü çıxaran 27 yaşlı gəncin şəxsin gözünün çıxarılması barədə qərar verib.

“Gözə göz” cəzası eşidənləri dəhşətə gətirib. Hamed adlı gənc adam dalaşdığı adama şüurlu şəkildə zərər vermədiyini bildirib. Lakin məhkəmə onun söylədiklərini inandırıcı hesab etməyib.

Məlumata görə, Həsən Ruhanı prezident seçildikdən sonra orta əsr xarakterli bu cür məhkəmə qərarları artıb. 2013-cü ildən indiyə kimi 1800 nəfərin edam edildiyi və yüzlərlə insanın “gözə göz” prinsipi əsasında müxtəlif cəzalara məruz qaldığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm