• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ruhanidən Ərdoğana İŞİD təklifi

  • Dünya
  • 7 Avqust 2015 00:53
  • 1 156 Baxış
Ruhanidən Ərdoğana İŞİD təklifi

İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İŞİD terror qruplaşmasına qarşı birlikdə mübarizə aparmağı təklif edib.

Publika.az IRNA agentliyinə istinadən xəbər verir ki, təklif liderlərin avqustun 5-də etdiyi telefon söhbətində səsləndirilib.

Ruhani eyni zamanda Suriya və İraqda İŞİD-ə qarşı həyata keçiriləcək əməliyyatlar üçün Dəməşq və Bağdadla əlaqələrin yaradılmalı olduğunu vurğulayıb. “Mərkəzi hakimiyyətin rolunu azalda biləcək hər bir cəhd nəticədə terrorçuların məqsədlərinə çatmasına yardım edə bilər. İŞİD-lə mübarizədə ölkələrin iqtidarları ilə əməkdaşlıq mütləq edilməlidir”, - İran prezidenti söyləyib.

Məlumata görə, Həsən Ruhani Ərdoğandan İŞİD-ə qarşı əməliyyatlarda Suriyanın suverenliyini də diqqətə almasını istəyib.

Digər bir məlumata görə, İran Suriya probleminin həlli üçün yaxın günlərdə BMT-yə 4 mərhələli plan təqdim etməyə hazırlaşır. Bu barədə xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullahyan söyləyıb. Planın detalları haqqında məlumat verməyən Abdullahyan qeyd edib ki, bölgədəki oyunçuların böyük hissəsi Suriya probleminin hərbi üsullarla həll edilməsinin mümkün olmadığı fikrini bölüşürlər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR