Bir erməni ailəsini qıran əsgərin məhkəməsi başlayır
Bizi izləyin

Dünya

Bir erməni ailəsini qıran əsgərin məhkəməsi başlayır

Erməni ailəsini öldürən Rusiya əsgəri Valery Permyakovun məhkəməsi başlayır. Ermənistanda Rusiya 5- ci milli qarnizonunun hərbi məhkəməsinin sözcüsü Sergei Sarumov deyir ki, Permyakov avqustun 12-də hakim qarşısına çıxarılacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu məhkəmədən sonra isə o, Ermənistana təhvil veriləcək.

Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasının əsgəri olan Valery Permyakov yanvarın 12-də bu şəhərdə bir ailənin evinə girərək azyaşlı uşaqlar da daxil olmaqla 7 nəfərin hamısını öldürməkdə ittiham edilir. O, hasidə yerindən uzaqlaşsa da az sonra bu bazadakı əsgər yoldaşları tərəfindən tutulub.
Bu hadisə Ermənistanda etirazlara səbəb olmuşdu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm