PKK terrorçusu özünün yerləşdirdiyi minanın qurbanı oldu
Bizi izləyin

Dünya

PKK terrorçusu özünün yerləşdirdiyi minanın qurbanı oldu

Son vaxtlar Türkiyənin Hakkari-Çuxurca avtomobil yoluna minalar yerləşdirərək partlayışlar törədən PKK terror təşkilatı bu dəfə özünün qurduğu tələyə düşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yola mina yerləşdirməyə çalışan PKK terrorçusu baş verən partlayış nəticəsində parça-parça olub.

Hadisə yerinə təhlükəsizlik gücləri və təcili yardım göndərilib.

Qeyd edək ki, Hakkari-Cuxurca avtomobil yolu PKK-nın güclü olduğu Türkiyənin cənubi-şərq vilayətlərində son günlər ən təhlükəli yollardan hesab olunur. Özəl şirkətə məxsus yük avtomobilləri bu yolda PKK silahlıları tərəfindən üç gün əvvəl yandırıldırdan sonra mülki nəqliyyat vasitələri demək olar ki, avtomobil yolundan istifadə etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm