Fəthullah Gülənə növbəti zərbə
Bizi izləyin

Dünya

Fəthullah Gülənə növbəti zərbə

Tacikistanda Fəthullah Gülən camaatına aid “Şəlalə” Təhsil Təşkilatına bağlı məktəblər adları dəyişdirilərək dövlətin nəzarətinə verilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident Emoməli Rəhmon bununla bağlı sərəncam imzalayıb.

Dövlətin nəzarətinə keçəcək təhsil ocaqları arasında 7 tacik-türk liseyi də var. Prezident tərəfindən imzalanan sərəncamdan əlavə, hökumət Təhsil Nazirliyi və digər nazirliklərə məsələ ilə əlaqədar lazımi sənədlərin hazırlanması təlimatını verib.

Tacikistan Təhsil Nazirliyi isə liseylərin fəaliyyətinə icazə verən 19 avqust 1994-cü il tarixli qərarının etibarsız olduğunu açıqlayıb.

Qeyd edək ki, Gülən camaatı Tacikistanda ibtidai məktəbi 1992-ci ildə açıb. Son 10 Gülən məktəblərinin məqsədləri ilə bağlı müzakirələr gündəmə gəlib və onların bağlanılması tələbləri səsləndirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm