Baş nazirin helikopterinin pəri 20 yaşlı qızın başını kəsdi - FOTOLAR
Bizi izləyin

Dünya

Baş nazirin helikopterinin pəri 20 yaşlı qızın başını kəsdi - FOTOLAR

Peruda ölkənin baş nazirinin vertolyotu bədbəxt hadisəyə səbəb olub.

Ölkənin RPP portalı xəbər verir ki, 20 yaşlı tələbə baş nazir Pedro Katerianonun vertolyotuna tərəf qaçdıqda işlək vəziyyətdə olan pər onun başını bədənindən ayırıb.



Gənc Lina Sapata Feyxonun vertolyota tərəf qaçmağının səbəbi isə türmədə olan qardaşı olub. Qardaşının haqsızcasına türməyə salındığını bildirən, baş nazirə ünvanlanan məktub qızın əlində qalıb.

İnsidentdən sonra baş nazir işguzar səfərini dayandırıb. Hakimiyyət qüvvələri məsələnin araşdırılacağını və hadisəyə görə məsuliyyət daşıyan baş nazirin qoruma nümayəndələrinə cəza verəcəyi barədə söz veriblər.(ans)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm