Pentaqon rusların hücumuna məruz qaldı
Bizi izləyin

Dünya

Pentaqon rusların hücumuna məruz qaldı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) kiberhücuma məruz qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hücumun rus hakerləri tərəfindən edildiyi güman olunur.

Cinayətkarların hərəkətlərindən ABŞ Birləşmiş Baş Qərargah Komitəsinin təxminən 4 min hərbi və mülki əməkdaşı zərər çəkib. Pentaqonun adının çəkilməsini istəməyən səlahiyyətliləri haker hücumunun 25 iyul tarixində baş verdiyini bildiriblər. Məlumata görə, hücumun gedişatında heç bir məxfi informasiya götürülməyib.

Hakerlərə Rusiya hökuməti tərəfindən səlahiyyət verildiyi, yoxsa hücumun müstəqil təşəbbüs olduğu hələ məlum deyil.

Qeyd edək ki, bu, Rusiyada fəaliyyət göstərən hakerlərə ABŞ tərəfindən irəli sürülən ilk analoji ittiham deyil. Bundan əvvəl də ABŞ-ın müxtəlif dövlət qurumlarının internet saytları haker hücumlarına məruz qalıb və Çinlə yanaşı Rusiya da hücumlara görə əsas günahkarlardan hesab edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm