Obamadan PKK-ya sarsıdıcı zərbə
Bizi izləyin

Dünya

Obamadan PKK-ya sarsıdıcı zərbə

Türkiyədə keçirilən parlament seçkilərindən dərhal sonra silahları işə salan PKK-ya ABŞ-dan ağır zərbə gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama türklərin PKK-ya qarşı özünü müdafiəyə çalışmasının qanuni olduğunu deyib.

“PKK terror təşkilatı Türkiyəni hədəf alan hücumlar həyata keçirir. Türklərin özünü müdafiə etməyə çalışması qanunidir”, - İran və Yaxın Şərq siyasəti üzrə işləyən jurnalistlərlə Ağ Evdə görüşən ABŞ prezidenti bildirib.

İŞİD-in ən böyük təhdid olduğunu da dilə gətirən Obama terror qruplaşmasına qarşı mübarizə yolları barədə Türkiyə ilə müzakirələ apardığını söyləyib. Prezident qeyd edib ki, hazırda əsas məsələ Suriyaya keçməyə çalışan xarici döyüşçülər üçün sərhədlərin bağlanılması məsələsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm