İŞİD-in “paytaxt”ı 11 100 kilometrdən vuruldu
Bizi izləyin

Dünya

İŞİD-in “paytaxt”ı 11 100 kilometrdən vuruldu

Türkiyədən qalxan və ilk dəfə Suriyada İŞİD terror qruplaşmasının hədəflərini vuran “Predator” pilotsuz təyyarələr 11 100 kilometrdən idarə olunub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı pilotsuz təyyarələrinin idarə olunduğu baza İncirlik bazasından 11 100 kilometr məsafədə - ABŞ-ın Nevada ştatında yerləşir.

Bununla da ABŞ sanki İŞİD-in mövqelərini “Predator”la kompüter oyunlarına bənzər şəkildə vurur. Üç gün əvvəl İncirlikdən qalxan silahlı “Predator”lar İŞİD-in paytaxtı hesab olunan Suriyanın Rakka şəhərindəki hədəflərini vurub.

ABŞ Hərbi Hava Qüvvələrinin 1995-ci ildən istifadə etdiyi “Predator”ları Nevadadakı “Creech" hava bazası və Nyu-Mexikodakı “Holloman” hava bazasından idarə edir.

Qanadlarının altında “Hellfire” (“Cəhənnəm atəşi”) raketləri olan “Predator”lar kəşfiyyat peyklərinin köməyi ilə İŞİD-in hədəflərini müəyyən edir. “Predator”ların əldə etdiyi məlumatlar “Cəhənnəm atəşi"nə yüklənilir.

İncirlikdəki iki silahlı “Predator” MQ-1 modelidir. MQ-1 raketlər və kameralarla modifikasiya olunub. 740 kilometr məsafə qət edə və 16 saat havada qala bilir. “Hellfire” raketlərindən başqa "hava-hava" tipli AIM-92 “Stinger” və “hava-yer” tipli “Griff” raketləri daşıya bilər. “AN/AAS-52” hədə sisteminin istifadə edildiyi “Predator”dakı kameralar işığa görə özünü tənzimləyir, tüstü, duman və buludların arasından da görüntüləri əldə edir, lazer şüaları ilə hədəfi göstərə bilir. Bir “Predator”un dəyəri təxminən 4,5 milyon dollardır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm