Türkiyədə küçə döyüşləri: 2 ölü, 6 yaralı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkiyədə küçə döyüşləri: 2 ölü, 6 yaralı – SON DƏQİQƏ

Türkiyənin Şırnak vilayətinin Silopi mahalında YDG-H (Yurtsever İnqilabçı Gənclik Hərəkatı) üzvləri ilə polis arasında silahlı qarşıdurma baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, YDG-H üzvləri mahalın Barbaros məhəlləsində xəndəkləri doldurmağa gələn təhlükəsizlik güclərinə atəş açıb,

Silahlı qarşıdurma nəticəsində ilkin məlumata görə, 2 YDG-H üzvü ölüb, 6 polis yaralanıb. Qarşıdurma zamanı bəzi evlərin güllələrin hədəfi olduğu və vətəndaşların yaralandığı bildirilir.

Son məlumata görə, hadisə yerinə çoxlu sayda təcili yardım avtomobili cəlb edilib. Mahalda silah səslərinin hələ də eşidildiyi və gərginliyin davam etdiyi xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm