• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rusiya qoşunları İrəvanın köməyinə gəldi: işğalçı rejim üçün “nəfəs borusu” açılır

  • Dünya
  • 7 Avqust 2015 14:52
  • 987 Baxış
Rusiya qoşunları İrəvanın köməyinə gəldi: işğalçı rejim üçün “nəfəs borusu” açılır

Rusiya qoşunları Abxaziyada dəmir yolunu təmizləməyə başlayıb.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə qondarma “Abxaziya Respublikası”nın nümayəndəsi İqor Marqaniya bildirib.

Hazırda dəmir yolunun Oçamçiradan İnquri çayına qədər olan hissəsində təmizlik aparılır. İqor Marqaniya qeyd edib ki, dəmir yolunu gələcəkdə bərpa etmək üçün təmizləyirlər. Xatırladaq ki, dəmir yolunun Suxumi-Oçamçira hissəsi 2008-ci il avqust müharibəsindən əvvəl Rusiya hərbçiləri tərəfindən təmir edilmişdi.

Qondarma qurumun nəqliyyat idarəsinin rəisi Zaur Xadjimba bildirib ki, abxaz tərəfi işlərin aparılmasına razılıq verib. “Bu işin xeyirdən başqa, bizə heç bir ziyanı yoxdur”, - o deyib.

Qeyri-rəsmi məlumata görə, Rusiyanın 800 hərbi qulluqçusu dəmiryol yatağının təmizlənməsi ilə məşğul olur.

Xatırladaq ki, işğal edilmiş Abxaziya üzərindən Ermənistana dəmir yolu əlaqəsinin bərpa edilməsi məsələsi əvvəllər də bir neçə dəfə gündəmdə olub. Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizama salınması üzrə müavini Zurab Abaşidzenin sözlərinə görə, Rusiya tərəfi dəmir yolunun onlara lazım olmadığını iddia edib. Amma dəmir yolunun Rusiya hərbçiləri tərəfindən təmizlənməsi Rusiyanın iddialarını şübhə altına qoyur.

Daha əvvəl həmçinin bildirilirdi ki, Gürcüstanın keçmiş baş naziri Bidzin İvanişvilinin nümayəndəsi Abxaziya dəmir yolunun açılması üçün Moskvada gizli danışıqları aparıb. Lakin bu danışıqların aparıldığı barədə sübutlar yoxdur.

Gürcüstan hakimiyyəti bildirib ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvülüyü prosesində Gürcüstan və Rusiya arasında əldə olunan razılaşmanın yerinə yetirilməsi planlaşdırılır. Bu razılaşma Abxaziya ərazisində nəqliyyat dəhlizləri və onlarla daşınan yüklərə İsveçrə şirkəti tərəfindən nəzarət edilməsi nəzərdə tutulur. Gürcüstan mediasının yazdığına görə, Rusiya hərbçilərinin də məhz bu razılaşmanın yerinə yetirilməsinə cəlb edilməsi istisna olunmur. Amma qeyd edilir ki, bu işin ən əhəmiyyətli tərədi siyasidir, nəinki iqtisadi. Abxaziya məsələsinin necə həll olunacağı isə hazırda məlum deyil.

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin sözçüsü David Kereselidze mart ayında Tiflisin Abxaziyadan keçən dəmir yolunu bərpa etmək niyyətində olmadığını açıqlayıb. O, bu məsələnin gündəmdə olmadığını və Gürcüstan tərəfindən müzakirə edilmədiyini bildirmişdi: “Siz əla anlayırsınız ki, dəmir yolu məsələsini canlandırmaq hansı tərəf üçün daha maraqlıdır. Bu məsələ ətrafında müzakirələr hər hansı səviyyədə planlaşdırılmır”.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Abxaziya dəmir yolunun açılmasından qəti şəkildə imtina etsə də, 2012-ci ildə “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlməsindən sonra məsələ yenidən aktuallaşıb.

Abxaziya və Gürcüstandan keçməklə Ermənistana qədər uzanan dəmir yolu 20 ildir ki, işləmir. 2013-cü ilin sentyabrında Kremldə Rusiya və Ermənistan prezidentlərinin görüşündə dəmir yolunun açılması ilə bağlı razılıq əldə edildiyi deyilirdi. Bundan daha əvvəl isə işğalçı ölkə üçün strateji əhəmiyyətə malik sözügedən dəmiryolunun açılması təşəbbüsü ilə Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Ermənistana səfəri zamanı çıxış etmişdi. Abxaziya təşəbbüsə soyuq yanaşmış, Rusiya isə gözləmə mövqeyi tutmuşdu.

Ermənistanın təcrid edilməsi siyasətini davam etdirən Azərbaycan isə buna qarşı çıxır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR