İŞİD-in neft satışında alman işi - ŞOK İDDİALAR
Bizi izləyin

Dünya

İŞİD-in neft satışında alman işi - ŞOK İDDİALAR

Qərb ölkələrinin İŞİD terror qruplaşması ilə münasibətdə ikiüzlülüyü növbəti dəfə ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, koalisiyanın tərkibində iştirak edərək İŞİD-i vuran Almaniya gizli şəkildə təşkilatın neftini satır.

Dünyanın ən zəngin terror təşkilatı olan İŞİD-in əhəmiyyətli gəlir mənbəyi Suriyada nəzarət etdiyi neft yataqlarıdır. Türkiyənuin xüsusi xidmət orqanlarının məlumatına görə, İŞİD Suriya və İraqda fəaliyyət göstərən Qərb şirkətlərinin köməyi ilə nefti beynəlxalq bazarlarda satır.

İŞİD-in partnyorları olan Almaniyanın şirkətləri nefti Suriyanın Tartus limanından Avropaya daşıyır. İŞİD-in satdığı neftin bir bareli 20 dollardır, bəzi neft bazarlarında bu məbləğ 15 dollara qədər aşağı salınır. Terror qruplaşması məhz neft satışının sayəsində bu günə qədər ayaqda dayanır. İŞİD-in nəzarət etdiyi ərazilərdən çıxarılan neftin yerli bazarlarda satışına Bəşər Əsədin qohumları ilə onlarla əməkdaşlıq edən kürd qaçaqmalçıları vasitəçilik edir.

Məlumata görə, almanlar nefti Avropaya daşımaq üçün iki marşrutdan istifadə edirlər. Bunlardan birincisi İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzərindən, digəri isə Tartus limanından keçən marşrutdur.

İŞİD neftinin alman şirkətlərinin vasitəsi ilə satışına səs çıxarmayan Əsəd bu neftdən öz payını da götürür. Digə bir məlumata görə, alman şirkətləri Əsədin nəzarət etdiyi bölgələrdən çıxarılan neftin də Avropa bazarlarına daşınmasında əsas oyunçudur.

Alman şirkətlərinin aldığı neftin pulunu İŞİD-ə nağd ödədikləri bildirilir.

Xatırladaq ki, Qərb, o cümlədən Almaniya mediasında bir müddət əvvəl İŞİD-in nefti Türkiyəyə satdığı barədə fikir hakim idi. Türkiyə tərəfindən isə bildirilmişdi ki, bu iddialar əslində əsl hədəfi gizlətmək məqsədi daşıyır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm