Ağrıda atışma: PKK Türkiyədə İran vətəndaşını öldürdü
Bizi izləyin

Dünya

Ağrıda atışma: PKK Türkiyədə İran vətəndaşını öldürdü

Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 11:30-da terrorçuların yolu kəsərək nəqliyyat vasitələrini yandırıblar. Əraziyə xüsusi təyinatlı qüvvələr cəlb olunub. Atışma nəticəsində bir hərbiçi həlak olub. Yoldakı nəqliyyat vasitələrindən birinin sərnişinləri olan bir İran vətəndaşı öldürülüb, üçü isə yaralanıb.

Hazırda terrorçuların yaxalanması üçün təhlükəsizlik qüvvələri tərəfindən geniş əməliyyat tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm