İŞİD-lə gizli müqavilə: həqiqət, yoxsa tarixi düşmənçilik?
Bizi izləyin

Dünya

İŞİD-lə gizli müqavilə: həqiqət, yoxsa tarixi düşmənçilik?

İranın dini lideri Əli Xameneinin Təbriz şəhər təmsilçisi Muhsin Müctehid Şebistarinin Cümə namazında Türkiyənin yer üzündən silinməsi üçün etdiyi dua təsadüf deyildi.

Publika.azTürkiyə mediasına istinadən xəbər verir ki, İranın rəsmi və qeyri-rəsmi mediasında Türkiyəyə qarşı aparılan kampaniya son vaxtlar zirvəyə çatıb.

Şebistari ötən həftənin cümə günündə Təbriz Mərkəzi Məscidində söylədiyi xütbədə Türkiyə haqda belə deyib: “İnşallah gələcək illərdə İŞİD Türkiyə xalqının canına bəla olacaq və Türkiyə hökumətini devirib bu ölkəni yer üzündən siləcəkdir”.

İran mediasında son vaxtlar Türkiyə, xüsusilə prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə kampaniya aparılır. İran rəhbərliyinin icazəsi və məlumatı daxilində dərc olunan nəşrlərdə Türkiyə rəhbərliyi və ölkənin xarici siyasəti ilə bağlı mənfi rəy formalaşdırılır. Türkiyənin Yaxın Şərqdəki terrorçulara, xüsusilə İŞİD-ə kömək etdiyi iddiası irəli sürülür.

Türkiyənin İŞİD-ə qarşı mübarizəsinin ciddi olmadığını yazan “Aferineshdaily” qəzetində gedən məqalədə Qərb media orqanlarında yer alan ittihamlar təkrarlanır, Ankaranın terror təşkilatına gizli şəkildə hərbi yardım göstərdiyi bildirilir.

IRNA agentliyinin 27 iyul 2015-ci il tarixli məqaləsində Türkiyənin Suriya rejiminə qarşı terror təşkilatı İŞİD üçün meydan yaratdığı iddia olunub.

Türkiyəyə qarşı kampaniyaya aparan nəşrlərdən biri də dini lider Əli Xameneiyə yaxınlığı ilə tanınan “Keyhan” qəzetidir. Ölkənin ən köklü mətbuat orqanlarından olan qəzet 25 iyun 2015-ci il tarixli sayında “Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər: İŞİD-in mərkəzi komandirliyi” başlıqlı yazı dərc edib. Nəşr Qərb mediasında səsləndirilən “Türkiyə İŞİD-ə dəstək verir” iddiası bir qədər də gücləndirilir. Qəzetin iddiasına görə, Tükiyə Suriya rejimini devirmək üçün İŞİD-lə ittifaq qurub və hətta təşkilatla Türkiyədə terror aktlarının təşkil edilməməsi barədə gizli bir müqavilə bağlayıb.

İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) nəzarətində olan “Fars” xəbər agentliyi (FHA) də 25 iyul tarixli bir xəbərində Kobaniyə hücum edən İŞİD terrorçularının Türkiyə torpaqlarından keçdiyi barədə ittihamları təkrarlayıb. Agentliyin analitiki Sadullah Zarei də bu fikirdədir ki, Türkiyə Suriya rejimini devirmək üçün İŞİD-lə ittifaq qurub.

FHA 27 iyul tarixli başqa bir xəbərində İŞİD-in Türkiyə ilə iqtisadi əlaqələrə sahib olduğu, təşkilatın Türkiyə hökumətin tərəfindən silahlandırıldığı iddia edilib.

Türkiyəyə qarşı qarayaxma kampaniyasını sistematik şəkildə davam etdirən FHA avqustun 1-də dini liderin baş müşaviri Əli Əkbər Vilayətidənn aldığı müsahibəni dərc edib. Vilayəti Türkiyəni açıq şəkildə bölgədəki terror təşkilatlarına dəstək verməklə günahlandırıb. O, eyni ittihamları 30 iyulda “Əl-Cəzirə” kanalına verdiyi müsahibəsində səsləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm