34 il əvvəl həbsxanadan qaçan məhbus tutuldu
Bizi izləyin

Dünya

34 il əvvəl həbsxanadan qaçan məhbus tutuldu

ABŞ-da 34 il əvvəl həbsxanadan qaçan cinayətkar Florida ştatında tutulub.

“Associated Press”in məlumatına görə, 60 yaşlı Uilli Li Ostin Corciya ştatında silahlı basqına görə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin 1981-ci ildə həbsxanadan qaçıb və indiyədək axtarışda olub. Tutulan cinayətkar yaxın vaxtlarda cəzasını çəkmək üçün Corciya ştatına göndəriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm