Oraları Türkiyəyə verin, Yaxın Şərq qurtulsun – ŞOK TƏKLİF
Bizi izləyin

Dünya

Oraları Türkiyəyə verin, Yaxın Şərq qurtulsun – ŞOK TƏKLİF

Yəhudi yazar Amotz Asa-El köşə yazısında Türkiyə və Yaxın Şərqi gözləyə biləcək ssenarilərə yer verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yaxın Şərqdə baş verən son prosesləri qiymətləndirən yəhudi yazar İŞİD-in Türkiyə, Suriya və kürdləri müharibəyə çəkmək istədiyini, əsl problemin Mosul olduğunu bildirib.

İngilislərin 1918-ci ildən sonra Türkiyə ilə əldə etdiyi razılaşma ilə bölgədəki neft ehtiyatlarına gözünü dikdiyini deyən Asa-El qeyd edib ki, Osmanlının Mosulu qoruya bilməməsi onun sonunu hazırlayıb. O, Türkiyənin liderliyi ilə Yaxın Şərqdə yeni bir nizamın qurula biləcəyini söyləyib.

Yəhudi yazarın “Türkiyənin qəbul edə bilməyəcəyi təklif” dediyi təklif isə olduqca maraqlıdır. Asa-Elin təklif etdiyi yeni nizam isə aşağıdakı kimidir:

-Mosulun Türkiyəyə verilməsi,

-Bəşər Əsədin çəkilməsindən sonra Suriyanın Türkiyənin himayəsinə verilməsi,

-Türklər ilə kürdlər arasında atəşkəsin davam etdirilməsi,

-İraqın Mosul vilayətindəki neft yataqları yenidən Türkiyənin nəzarətinə verilməsi.

O, bütün bunlardan sonra Yaxın Şərqdə güclü bir Türkiyənin ortaya çıxacağını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm