Türkiyəli gənclər toylarını 4000 qaçqının ziyafətinə çevirdi
Bizi izləyin

Dünya

Türkiyəli gənclər toylarını 4000 qaçqının ziyafətinə çevirdi

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərində evlənən iki gənc 4000 suriyalı qaçqını toylarına dəvət ediblər.

Publika.az xəbər verir ki, Fətullah Üzümcüoğlu və Esra Polat həyatlarının ən sevincli gününün xoşbəxtliyini müharibə didərginləri ilə bölüşmək təklifinin bəyin atası Alidən gəldiyini bildiriblər.

“Serhat Kilis” qəzetinə müsahibə verən bəy atası deyib ki, o, başqalarının da öz toy məclislərini suriyalı bacı və qardaşlarla paylaşmalarını istəyir.

Toy evinə bu nəcib ideyanı həyəta keçirməkdə “Kimse Yok Mu” xeyriyyə təşkilatı kömək edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm