• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Çinli nişan üzüyü üçün 150 kiloqramlıq sikkələr ödədi – FOTO

  • Dünya
  • 8 Avqust 2015 08:52
  • 460 Baxış
Çinli nişan üzüyü üçün 150 kiloqramlıq sikkələr ödədi – FOTO

Çinin Anxoy vilayətinin sakini nişan üzüyu üçün 150 kiloqramlıq xırda pul verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, pulu saymaq üçün mağazanın 4 əməkdaşına yarım sutka vaxt lazım olub.

Liang Liang adında kişi tərəfindən alınan üzüyün qiyməti isə 12 min yuan (təxminən iki min dollar) təşkil edib. Alıcı sikkələri mağazaya velosipedlə gətirib. O, satıcılara bildirib ki, nəhayət uşaqlıqda sevgilisinə verdiyi vədi yerinə yetirə bilib. Liang 20 il əvvəl sevgilisinə pul qazanaraq onunla evlənəcəyi barədə vəd verib.

Topladığı sikkələrlə istədiyi üzüyü almaq onun üçün o qədər də asan olmayıb. Bundan əvvəl iki zərgərlik mağazası Liangın sikkələrini qəbul etməkdən imtina edib.

İyunda isə bir başqa çinli sikkələrlə avtomobil alıb. Dəyəri 106 min dollar olan avtomobili almaq üçün onun gətirdiyi sikkələrin çəkisi dörd ton idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR