Kral haqqında "status" yazdı, 30 ilindən oldu
Bizi izləyin

Dünya

Kral haqqında "status" yazdı, 30 ilindən oldu

Tailandda 48 yaşlı bir kişi “Facebook”-da kral haqqında yazdığı sözlərin güdazına gedib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kral haqqında mənfi sözlər yazan kişi 30 il azadlıqdan məhrum edilib.

Tailand Cinayət Məcəlləsinin 112-ci maddəsinə görə kral, kraliça və kral ailəsinin üzvləri haqqında təhqir məzmunlu yazı müəllifini 15 ilə qədər həbs cəzası gözləyir. Ancaq 30 illik həbs cəzası indiyə kimi eyni maddə ilə ittiham olunaraq verilən ən ağır cəza olduğu bildirilir.

Amma məsələ burasındadır ki, kişi “Facebook”da kralla bağlı 6 paylaşım edib. Banqkok hərbi məhkəməsi hər paylaşım üçün 10 il olmaqla ona ümumilikdə 60 il həbs cəzası verib. Amma 48 yaşlı kişi peşman olduğunu bildirdiyi üçün cəza yarıya endirilib.

Bu ilin aprel ayında da bir iş adamı “Facebook”-da kralla bağlı mənfi məzmunlu paylaşımlar etdiyi üçün 25 il azadlıqdan məhrum edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm