Avropada yeni müharibə ANONSU
Bizi izləyin

Dünya

Avropada yeni müharibə ANONSU

Separatçı “Donetsk Xalq Respublikası”nın başçısı Aleksandr Zaxarçenko Ukraynanın şərqində müharibənin yeni mərhələsinin başlanacağını xəbər verib.

Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, Zaxarçenko hərbi əməliyyatların yenidən başlanacağını göstərən bir sıra əlamətlərin olduğunu bildirib.

“Dövlət başçısı” qeyd edir ki, “DXR” hadisələrin istənilən inkişafına hazırdır.

Zaxarçenkonun bəyanatı Ukrayna prezident administrasiyasının anti-terror əməliyyatları üzrə sözçüsü Andrey Lısenkonun çıxışı fonunda səslənib. Lısenko separatçıları reaktiv artileriyanı döyüş əməliyyatları zonasına qaytarmaqda ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm