Öcalanın “qələm”ini qırdılar
Bizi izləyin

Dünya

Öcalanın “qələm”ini qırdılar

İmralı adasındakı həbsxanada məhkumluq həyatı yaşayan PKK terror təşkilatının lideri Abdullah Öcalan müstəqil kürd dövlətinə qarşı çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK lideri müstəqil kürd dövlətini İsrailə bənzədərək bölgədə qan və göz yaşlarının əskik olmayacağını bildirib.

Öcalan müstəqil bir kürd dövləti əvəzinə “demokratik muxtariyyət” sisteminin tərəfdarı olduğunu dilə gətirib: “Müstəqil bir kürd dövlətinin İsrailə bənzəyəcək. Bu vəziyyətdə təcrid edilmiş bir dövlət yaşaya bilməz, onu rahat buraxmazlar. Bu coğrafiyadan qan və göz yaşları əskik olmaz”.

Məlumata görə, Öcalanın verdiyi bu mesaj PKK-nın əsas istinad nöqtəsi hesab olunan Kandildə olduqca narahatlıqla qarşılanıb. Bu baxımdan da onun verdiyi və bundan sonra verəcəyi mesajların yerinə yetiriləcəyinə dair şübhələr var. Deyilənə görə, Kandildəki bir qrup hesab edir ki, vəziyyətə təsir edəcək qərarları Öcalan deyil, silahlı mübarizəni aparanlar verməlidir. İddiaya görə, PKK liderinin yerinə digər oyunçular hazırlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm