45 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapıldı
Bizi izləyin

Dünya

45 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapıldı

İsveçrədə Alp dağlarında 45 il əvvəl itkin düşmüş alpinistlərin meyitləri tapılıb.

Publika.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Məlumata görə, itkin düşmüş şəxslərin meyitlərinin qalıqları dəniz səviyyəsindən təxminən 2,8 km yüksəklikdə Matterxorn dağlarının ətəyində tapılıb. DNT analizi nəticəsində məlum olub ki, cəsədlər 1970-ci ilin avqustunda itkin düşmüş yaponiyalı Miçio Oikave və Masayuki Kobayasa məxsusdur.

Məlumata görə, alpinistlərin cəsədləri itdikləri güman edilən yerdən xeyli aralıda tapılıb. Ekspertlər hesab edirlər ki, ölümün səbəbi ekspedisiya zamanı dağ buzlaqlarının sürətlə əriməsi olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm