Türkiyənin qarşısında 4 ssenari var: Ərdoğan hansını seçəcək?
Bizi izləyin

Dünya

Türkiyənin qarşısında 4 ssenari var: Ərdoğan hansını seçəcək?

Türkiyədə hökuməti qurmaq üçün 15 günlük bir müddət qalıb.

Publika.az xəbər verir ki, “Habertürk” saytı Ankara kulislərində dörd ssenarinin olduğunu yazıb.

Koalisiya hökumətinin qurulması: Baş nazir Əhməd Davudoğlu digər partiyalarla danışıqları davam etdirəcək. Razılaşma olarsa, koalisiya hökumətinin siyahısı Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək. Tətildə olan TBMM-nin iclası çağırılacaq. Nazirlər Kabinetinin proqramı hökumətin qurulduğu tarixdən etibarən bir həftə içində TBMM-də oxunacaq və səsvermə keçiriləcək.

Azlıq hökuməti: AKP müxalifətin hansısa bir partiyası ilə razılaşır. Həmin partiya səsverməyə gəlmir və AKP hökuməti təkbaşına qurur. Müxalifət partiyası da koalisiyaya daxil olmadan kənardan dəstək verir. Azlıq hökuməti yeni seçkiləri hazırlayır. Bu formatın avqustun 23-nə qədər həyata keçirilməsi lazımdır.

Məclisin qərar verməsi: Koalisiya hökuməti 45 gün ərzində qurulmazsa, AKP TBMM-nin fövqəladə toplantısını çağırır və parlament erkən seçki qərarını çıxarır. Bu ssenarinin çətin proses olduğu deyilir.

Prezidentin seçkini yeniləməsi: 23 avqustda tamamlanacaq 45 günlük müddət içində Nazirlər Kabineti formalaşmasa, yaxud hökumət qurulsa belə səsvermədən keçməsə, Prezident Ərdoğan TBMM spikeri İsmet Yılmazla müzakirə edərək seçkinin yenilənməsi qərarını verə bilər. Türkiyədə indiyə qədər tətbiq olunmayan bu forma Konstitusiyada yer alan yollardan biridir. Belə ki, parlament rəhbəri siyasi partiya qruplarından hökumətə daxil ediləcək üzvlərin siyahısını təyin edərək Baş nazirə bildirəcək. Təklif edilən nazirliyi qəbul etməyən, yaxud sonradan geri çəkilən partiya üzvlərinin yerinə TBMM-də təmsil olunan, yaxud olunmayan müstəqil şəxslər seçiləcək. Yəni seçki hökuməti qurulacaq və bu parlamentdə səsverməyə çıxarılacaq. Seçki hökuməti 90 gün ərzində Türkiyədə seçkiləri hazırlayacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm