PKK Türkiyədə küçə döyüşlərinə hazırlaşır: qorxunc plan - ŞOK
Bizi izləyin

Dünya

PKK Türkiyədə küçə döyüşlərinə hazırlaşır: qorxunc plan - ŞOK

PKK-nın Türkiyəyə qarşı qorxunc planları ortaya çıxıb.

Publika.az xəbər verir ki, terror təşkilatı Şərqi və Cənub-Şərqi Anadoludakı böyük şəhərlərdə küçə döyüşlərini hazırlamaq üçün PKK-ya yaxın şəxslərin evlərini silah deposuna çeviribmiş. Bu evlərdə ən azı 80 min avtomat yerləşdirilib. Araşdırmalarda terror təşkilatının silahların hansı evlərdə saxlanıldığı və markaları ortaya çıxıb. Silahlar arasında Kalaşnikov, tüfəng və tapança çoxluq təşkil edir. Xüsusilə Hakkari, Şırnak, Ağrı kimi bölgələr və Nuseybin, Cizre, Silopi kimi qəsəbələrdə PKK-nın güclü silahlandığı məlum olub.

Türkiyə hökumətinin ən üst qatlarında məsələ müzakirə olunaraq strategiya qurulub. Belə ki, hökumət Kandildə PKK-ya qarşı hava hücumlarını davam etdirməklə yanaşı, terror təşkilatının ölkə daxilindəki şəbəkəsinə qarşı də əməliyyatların genişləndirilməsi qərarına gəlib. Silahlar bir-bir toplanacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm