Avtobus qəzaya düşdü: çoxsaylı yaralılar var
Bizi izləyin

Dünya

Avtobus qəzaya düşdü: çoxsaylı yaralılar var

Rusiyanın İrkutsk vilayətində dəhşətli yol qəzası baş verib.

Publika.az “İnterfaks”a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk baş idarəsinin məlumatına görə, mikroavtobusun qəzaya düşməsi nəticəsində 14 nəfər xəsarət alıb. Qəza bu gün yerli vaxtla 07:15-də baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlarda 11-nin vəziyyəti orta ağır, 3-nün isə ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin İrkutsk bölməsinin mətbuat xidməti qəzaya uğrayan “Ford Tranzit” mikroavtobusunda 17 nəfər sərnişinin olduğu haqda məlumat yayıb: “Həlak olanlar yoxdur. Hazırda xəsarət alanlara tibbi yardımlar göstərilir. İlkin məlumata görə, marşrutun sürücüsü idarəetməni itirib və avtobus aşıb”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm