Tiflis Kremli məhkəməyə verdi - Müharibə gündəmdə
Bizi izləyin

Dünya

Tiflis Kremli məhkəməyə verdi - Müharibə gündəmdə

Gürcüstan hökuməti Rusiyanı Haaqa məhkəməsinə verib.

Axar.az xəbər verir ki, rəsmi Tiflis 2008-ci ilin avqustunda Gürcüstana Rusiyanın hərbi müdaxiləsinin araşdırılması üçün bir sıra materiallar göndərib. Bu barədə danışan Gürcüstanın Ədliyyə naziri Teya Sulukiani lazımi materialların artıq Haaqa məhkəməsində olduğunu bildirib:

"Avqust müharibəsinin araşdırılması üçün materiallar artıq bir neçə aydır ki, Haaqa məhkəməsindədir. Onlar araşdırmaya başlayacaqlar. Bizə isə onların qərarını gözləmək qalır", - Sulukiani bildirib.

Gürcüstanın Müdafiə naziri Lili Xidaşeli dövlətin yox, məhkəmənin kimin məsuliyyət daşıdığını üzə çıxarmalı olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm