Alim Yer kürəsi ətrafında peyk axtarır
Bizi izləyin

Dünya

Alim Yer kürəsi ətrafında peyk axtarır

Havay Astronomiya Universitetinin kanadalı astronomu Robert Cedike Yer kürəsini bir neçə peykin əhatə edə biləcəyini barədə ehtimalını təqdim edib. Onun fikrincə, bu peyklərin ölçüləri kiçik – təxminən bir neçə metr olduğu üçün onları görmürük.

"Science News" nəşri xəbər verir ki, alim bu barədə Beynəlxalq Astronomiya İttifaqının Honoluluda keçirilmiş konfransında danışıb. "Bu uydurma deyil, lakin hələlik bu mini-peyklərdən təkcə biri məlumdur", - deyə Cedike təxminən üç metr ölçüdə səma cismini xatırladıb. Peyk 2006-cı ildə kəşf edilib və Yer kürəsinin orbitni tərk etməzdən əvvəl təxminən bir il orada qalıb. Orbitdə mini-peyklərin ölçüsündən böyük kosmik zibillər, xarab olmuş pillələr və peyklərin olmasına baxmayaraq, alimin məruzəsində, əlbəttə ki, söhbət Yerin təbii peyklərindən gedib.

Cedike Yer kürəsi orbitinin adətən paltaryuyan maşın ölçüsündə kosmik obyektləri tutduğu və bir neçə aydan sonra onların orbiti tərk etməsi barədə mülahizəsini təqdim edib. Ölçüsü 50 santimetrdən 1 metrədək onlarla mini-peyklər lampanın dövrəsindəki mığmığa kimi planetimizin ətrafında qaynayır. Halbuki yük maşını ölçüsündə olan asteroid qravitasiya sahəsini 50 ildə bir dəfə keçir.

Kiçik ölçülü olduğundan bu peykləri tapmaq çox çətindir. Alimlər yaxın illərdə Havayda “Subaru” teleskopu vasitəsilə onları aşkarlamağa ümid edirlər. Əgər Çilidə “Çox böyük teleskop”dan istifadə edilərsə, mini-peyk tapmaq şansı var.

​Cedike bildirib ki, nəzəri cəhətdən bir neçə metrlik mini-peyklər Yerə asteroidlərin çatdırılması üzrə eksperimentlər üçün təlim məqsədilə istifadə oluna bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm