Nemtsovun qətlində yeni iddia: iki tapançadan atəş açılıb
Bizi izləyin

Dünya

Nemtsovun qətlində yeni iddia: iki tapançadan atəş açılıb

Rusiya müxalifətinin liderindən olan Boris Nemtsov iki müxtəlif tapançadan açılan atəş nəticəsində ölə bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın «Kommersant» qəzeti xəbər yayıb. Nəşrin yazdığına görə, mərhumun bədənindəki yaraları araşdıran ekspertlər bu qənaətə gəliblər. Onların versiyasına görə, Nemtsova dəyən güllələrdən üçü səsboğucusu olan tapançadan, qalanları isə adi silahdan açılıb.

Bundan başqa, qurbanın yaraları arasındakı fərqlər istifadə olunan patronların müxtəlif gücə malik olmasıyla da izah edilir.

Qəzetin yazdığına görə, kompleks tibbi ekspertiza zamanı mütəxəssislər Nemtsovun aldığı yaralara görə qatilin haradan atəş açmasını da ayırd etməliydilər. Onların qənaətinə görə, siyasətçinin bədənindəki yaralarla paltosunda və sviterindəki güllə deşikləri uyğun gəlmir.

Boris Nemtsov fevralın 27-də Kreml yaxınlığındakı körpü üzərində öldürülüb. Onun ölümünə görə beş nəfər həbs edilib. Qətli törətməkdə şübhəli bilinən iki nəfərsə axtarışdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm