• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"Putin prezident olmaq istəmirdi"

  • Dünya
  • 9 Avqust 2015 03:17
  • 867 Baxış
"Putin prezident olmaq istəmirdi"

Yeltsin artıq Rusiyanı idarə edə bilmədiyini görüb yerinə namizəd axtaran vaxtlarda Putin özü heç prezident olmaq istəmirdi. O, dövlət işindən ayrılıb bizneslə məşğul olmağı, gələcəkdə də xaricə getməyi planlaşdırırmış.

Publika.az xarici mediya istinadən xəbər verir ki, bu barədə Putinə yaxın şəxs kimi Kremldə baş verənlərə bələd olan və maliyyə fırıldağında ittiham edildikdən sonra Rusiyadan qaçan Sergei Puqaçev deyib.

Yeltsinin və Putinin təbliğat üzrə müşaviri olmuş rusiyalı milyarderin dediyinə görə, Putinin prezidentliyə namizədliyi fikrini ilk dəfə məhz o, irəli sürüb. Məqsədi də Yeltsinin güc strukturlarındakı sərt xətt tərəfdarları tərəfindən devrilmək təhlükəsini aradan qaldırmaq olub: «Yeltsin o vaxt artıq faktiki hakimiyyəti itirmişdi. Təhlükəsizlik orqanlarındakı adamlar prezidentin öz ətrafına yığdığı liberalları küncə qısnamışdılar. Putinin həmin vaxt Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olduğunu nəzərə alsaq, onun təyinatı potensial çevrilişdən müdafiə kimi görünürdü».

Pugaçev Putini Rusiya liberallarının demokratik islahatçı kimi xatırladıqları Sobçakın yanında işlədiyi vaxtlardan tanıyıb. Dediyinə görə, Putin baş nazirliyə əla namizəd olub, çünki o, iki vacib elementi özündə birləşdirirdi. Bir tərəfdən, əvvəllər Sobçakın yanında işlədiyinə görə demokratik və liberal mənşəli sayıla bilərdi, digər tərəfdən FTX-də dayaqları vardı.

Sobçak özü Putinin Kremldə perspektivinə o qədər optimist yanaşmayıb. Puqaçevin deməsinə görə, Peterburqun sabiq meri ilə ölümündən az əvvəl - 2000-ci ilin fevralında görüşəndə, Putini nəzərdə tutaraq Rusiyanın gələcək prezidenti ilə birgə işləyib-işləməyəcəyini soruşub. Sobçak isə cavabında deyib: «Putinin prezident olması mümkün deyil. Bu, sadəcə bir zarafatdır».

Puqaçevə görə, təkcə Sobçak yox, Putinin özü də prezidentliyinə skeptik yanaşırdı. O, sadəcə olaraq, özünü prezident kimi təsəvvür etmirdi. Biznesə girişmək, sonra da xaricə köçmək istəyirdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR