Yanğında övladını itirmiş ata da öldü
Bizi izləyin

Dünya

Yanğında övladını itirmiş ata da öldü

Evinə od vurulması nəticəsində 18 aylıq övladını itirmiş fələstinli ata zədələrinə görə keçinib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, 32 yaşlı Saad Davabşa İsraildək hospitalda bədənindəki ikinci dərəcəli yanığa görə müalicə alırdı.

Onun oğlu, 18 aylıq Ali iyulun 31-də Duma kəndində yerləşən evlərinin qəsdən yandırılması nəticəsində ölmüşdü. Onun anası və dörd yaşlı qardaşının da vəziyyəti ağırdır. Şənbə günü Dumada Saad Saad Davabşanın dəfn mərasimində yüzlərlə insan iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm