Çayın rəngi hamını təəccübləndirdi - FOTO
Bizi izləyin

Dünya

Çayın rəngi hamını təəccübləndirdi - FOTO

ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb.

AZƏRTAC Rusiyanın “Vesti.ru” saytına istinadla xəbər verir ki, buna səbəb suya dörd milyon litrdən çox toksik maddənin axıdılması olub. Suda aparılan testlər göstərir ki, çayın turşuluq səviyyəsi 100 dəfə çoxalıb. Bu, rayonun flora və faunasına ciddi zərər verə biləcək həddir.

Belə böyük miqyasda çirklənmənin səbəbi insanların laqeydlik göstərərək bu barədə müvafiq qurumlara məlumat verməməsi olub. Təbiətə vurulan zərəri ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin əməkdaşları qızıl yatağında təmizlik işləri apararkən təsadüfən görüblər. Uzunluğu 200 kilometrdən çox olan çay yaxın ərazidəki yaşayış məntəqələrinin içməli su mənbəyidir. Agentlik dəymiş ziyanın aradan qaldırılması üçün məsuliyyəti öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm