• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Türkiyə yenə qarışdı: AKP-nin seçki qərargahı dağıdıldı -FOTO

  • Dünya
  • 12 Mart 2014 10:57
  • 914 Baxış
Türkiyə yenə qarışdı: AKP-nin seçki qərargahı dağıdıldı -FOTO

Gəzi Parkı hadisələri zamanı yaralanan və ötən gün həyatını itirən Berkin Elvanın ölümündən sonra başlayan etiraz aksiyaları Türkiyənin 32 vilayətini əhatə edib.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarına qədər davam edən aksiyalara polis müdaxilə edib.

İstanbulun Taksim ərazisindən başlayan aksiyalar sonradan şəhərin bütün mərkəzi səmtlərində - Beşiktaş, Nişantaşı, Kadıköy və Okmeydana, o cümlədən ölkənin bütün şəhərlərinə yayılıb. Aksiyalarda polis gözyaşardıcı qazdan istifadə etməli olub.

Beşiktaşda Qartal heykəli qarşısına toplanan izdiham Ədalət və İnkişaf Partiyasının (AKP) bir həftə əvvəl açılan seçki qərargahı dağıdıb. Səhər saatlarına qədər Türkiyənin müxtəlif bölgələrində 100–ə yaxın aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, 14 yaşlı Berkin Elvanın başına Gəzi parkı hadisələrində bibər qazı fişəngi dəymişdi. Çörək almaq üçün evdən çıxdığı deyilən Berkin Elvan 269 gün komada qaldıqdan sonra ötən gün dünyasını dəyişib.

http://webtv.hurriyet.com.tr/2/61833/0/1/nisantasi-nda-gostericilere-mudahale.aspx

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR