İŞİD-in kraliçaya qarşı sui-qəsd PLANI
Bizi izləyin

Dünya

İŞİD-in kraliçaya qarşı sui-qəsd PLANI

İŞİD Böyük Britaniya kraliçası II Elizabetin gələn həftə qatılacağı bir mərasimə bombalı hücum planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Mail on Sunday" qəzeti iddia edib. Qəzetin iddiasına görə, ingilis təhlükəsizlik gücləri tərəfindən üstü açılan sui-qəsd planı İkinci Dünya müharibəsinin sona çatmasının 70 illiyi münasibəti ilə keçiriləcək mərasimdə gerçəkləşdirilməli idi. Qəzetin yazdığına görə, ingilis polisi və digər təhlükəsizlik qüvvələri sözügedən sui-qəsd planını pozmaq üçün çox böyük səy göstərib.

Kraliça 2-ci Yelizavetanın də aralarında olduğu ingilis kral ailəsinin təmsilçiləri gələn şənbə Londonda keçiriləcək hərbi parada və kilsə mərasiminə qatılacaq. Xəbərin yayımlanmasından sonra Böyük Britaniya təhlükəsizlik gücləri xalqdan çaxnaşmaya qapılmamağı xahiş edib.

"Mail on Sunday" qəzeti hücum planı quran terrorçuların Böyük Britaniya vətəndaşı olduqlarını və Suriyadakı başçılarının əmri ilə hərəkət etdiklərini irəli sürüb. Xəbərə görə, terrorçular 2013-cu ildə keçirilmiş Boston marafonu zamanı istifadə edilmiş bombaya bənzər silahdan istifadə etməyi planlaşdırıblar.

II Elizabet Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 15 dövlətin kraliçasıdır. Millətlər Birliyinə Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka daxildir. II Elizabet həmçinin Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordudur. O, 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olub. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm