Rusiyadan ABŞ-a xəbərdarlıq: Əsədi vurma...
Bizi izləyin

Dünya

Rusiyadan ABŞ-a xəbərdarlıq: Əsədi vurma...

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət Katibi John Kerry-yə Suriyada hökümət hədəflərini bombalamamaq barədə xəbərdarlıq edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri bunu Rusiya televiziyasına müsahibəsində bildirib:

"Mən ABŞ həmkarlarıma açıq şəkildə bildirdim ki, onlar səhvə yol verib Suriyada hökümət hədəflərinə zərbə endirsələr, bu, ölkədəki vəziyyəti alt-üst edəcək, nəticədə orada vəziyyət nəzarətdən çıxacaq".

Sergey Lavrov xatırladıb kı, Əfqanıstanda Taliban və Əl-Qaidəyə qarşı ABŞ dronlardan istifadə edir, lakin bir çox hallarda həmin zərbələrin hədəfinə dinc əhali, o cümlədən, uşaqlar və qadınlar düşür.

Rusiya XİN başçısının sözlərinə görə, ABŞ Suriya rəhbərliyinə münasibətdə ikili standartdan istifadə edir:

"Kimyəvi silahın məhv edilməsində Bəşər Əsəd legitim partnyor sayıldığı halda, terrorçuluğa qarşı mübarizədə ABŞ Əsəd ilə əməkdaşlığı qəbul etmir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm