Səkkiz nəfərlik ailə güllələnərək məhv edildi
Bizi izləyin

Dünya

Səkkiz nəfərlik ailə güllələnərək məhv edildi

ABŞ-ın Texas ştatında bir ailə tamamilə məhv edilib.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, polis evlərdən birində altı uşaq və onların valideynlərinin cəsədlərini aşkarlayıb.

Məlumata görə, evdə atəş səsləri eşidən qonşular polisə xəbər verib. Evə gələn polislər silahlı bir şəxsin atəşi ilə qarşılaşıblar. O, bir saat davam edən danışıqlardan sonra təslim olub. Evə daxil olan polislər dəhşətli mənzərənin şahidi olublar.

Məlum olub ki, Devid Konli qurbanlarının əksəriyyətini qandallayıb. Onların hamısı güllə ilə öldürülüb, bəzilərinə isə bir neçə atəş açılıb.

Uşaqların yaşının 6-dan 13-ə qədər olduğu bildirilir. Onlardan 13 yaşlı Natanielin bioloji atasının Devid Konli olduğu deyilir. Məlumata görə, öldürülən 40 yaşlı xanım Valeri Ceksonun əvvəllər Devid Konli ilə münasibətləri olub.

Polis güman edir ki, qətlin motivi Valeri Ceksonla Konli arasında münasibətlər ola bilər.

Araşdırmalar göstərir ki, Konlinin kriminal tarixi 1988-ci ildə başlayıb. Sonuncu hadisə isə ötən ay qeydə alınıb. Konli xuliqanlıqda ittiham edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm