Yeni terror təşkilatı yarandı: Ankaraya qarşı PKK-İran ittifaqı
Bizi izləyin

Dünya

Yeni terror təşkilatı yarandı: Ankaraya qarşı PKK-İran ittifaqı

Son bir aydır Türkiyədə qanlı terror aktları həyata keçirən PKK daha bir terror təşkilatı yaradıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in hədəf aldığı yezidiləri silahlandıran PKK yezidi gənclərindən “YBŞ” (Şengal Müdafiə Gücləri) adında yeni bir şəbəkənin yaradılmasında yaxından iştirak edib.

PKK-nın çətiri altında fəaliyyət göstərəcəyi deyilən YBŞ avqustun 3-də qondarma “Şengal soyqırımı”nın birinci ildönümündə mərasim təşkil edib. Mərasimdə PKK-nın lideri Abdullah Öcalanın şəkillərinin açılması diqqət çəkib.

Mosulun Şengal bölgəsində qurulan YBŞ “Şiə Haşdi eş Şabi” təşkilatı ilə yaxından əməkdaşlıq edir. YBŞ-in “Şiə Haşdi eş Şabi” təşkilatından pul və silah yardımı aldığı bildirilir. Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw” saytı PKK-nın bəzi liderləri “Şiə Haşdi eş Şabi” vasitəsilə İranla təmas yaradaraq gizli görüşlər keçirib. İddiaya görə, məqsəd İraqla yeni bir ittifaq yaratmaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm