Donbasda genişmiqyaslı terror aktları hazırlanır – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

Donbasda genişmiqyaslı terror aktları hazırlanır – ŞOK PROQNOZ

“Kreml Ukraynanın şərqində “Boeing” faciəsi ilə müqayisədə daha genişmiqyaslı terror aktları hazırlayır.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının sədri Aleksandr Turçinov bildirib.

“Rusiyanın xüsusi xidmət orqanları işğal edilmiş ərazilər insanların kütləvi toplaşdığı obyektlərin seçimini həyata keçirir. Bunlara uşaq bağçaları, təhsil müəssisələri, yaşayış binaları və digər infrastruktur obyektlər daxildir. Rusiyanın xüsusi xidmət orqanları bu obyektlərdə terror aktlarını təşkil etmək üçün ssenarilər hazırlayır”, - Aleksandr Turçinov dedi.

Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının sədri həmçinin qeyd edib ki, Moskva insanlığa qarşı cinayətlərdə Ukrayna rəhbərliyini ittiham etmək təxribatlara hazırlaşır.

Qeyd edək ki, Turçinovun xatırladığı “Boeing” faciəsi iyulun Ukraynanın Donetsk vilayətində baş verib. Amsterdamdan Kuala-Lumpura uçan təyyarə raketlə vurulub. Təyyarənin göyərtəsində olan 298 nəfər, o cümlədən, 85 uşaq və 15 heyət üzvündən heç biri sağ qalmayıb. Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Bu isə qarşılıqlı ittihamların bir-birini əvəzləməsinə səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm