“Türkiyə İŞİD üçün döyüşür...” – ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Türkiyə İŞİD üçün döyüşür...” – ŞOK İDDİA

PKK terror təşkilatının Kandildəki lideri Cəmil Bayık Türkiyə əleyhinə ağır ittihamlar səsləndirib.

Publika.az xəbər verir ki, BBC-yə danışan Bayık Türkiyənin kürd silahlılara hücum edən İŞİD-i qorumağa çalışdığını bildirib.

“Türklər İŞİD-lə döyüşdüklərini söyləyirlər, lakin əslində PKK-ya qarşı döyüşürlər. Bunu PKK-nın İŞİD qarşısındakı irəliləyişinə maneə olmaq üçün edirlər. Beləliklə, Türkiyənin türkləşməsi məqsədinə doğru irəliləyirlər. Türkiyə İŞİD-i qoruyur”, - PKK lideri deyib.

Cəmil Bayık həmçinin kürd məsələsinin yeganə həllinin müzakirələr olduğunu söyləyıb. Türkiyənin hərbi əməliyyatlara son qoyacağı halda, PKK-nın əlini tətikdən çəkəcəyini deyən Bayık beynəlxalq müşahidəçiləri də atəşkəsi izləməyə dəvət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm