• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu dünyanın “Agac adam”ı – FOTOLAR/VİDEO

  • Dünya
  • 11 Avqust 2015 02:17
  • 1 227 Baxış
Bu dünyanın “Agac adam”ı – FOTOLAR/VİDEO

1938-ci ildə Yava adasında anadan olmuş Dede Kosvara İndoneziyada, eləcə də Cənib-Şərqi Asiya ölkələrində “Ağac adam” ləqəbi ilə məşhurlaşıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər bədənindəki ziyillərin artması ilə tanınmış bu şəxs indi bütün bədəninin ziyilli toxumalara bürünməsindən narahat olduğunu deyir. Artıq 21 ildir bədənini bürüyən ziyilli toxumalardan bezdiyini deyən Dede Kosvara kömək üçün həkimlərə müraciət edib. Həkim müayinələri, rentgen onda immun çatışmazlığını aşkara çıxarıb.

Bandunq xəstəxanasının həkimi, Dedenin müalicəsi üzrə yaradılmış həkim qrupunun rəhbəri Rahmat Dinat pasiyentinin ölümünə cəmi 5 il qaldığını bildirib. Həkim bunu Dedenin bədənində həddən çox bakteriyaların olması ilə əsaslandırıb.

Səhhətində yaranmış problemlər səbəbindən tikintidəki işindən məhrum olan Kosvaranı həyat yoldaşı da 10 illik birgə yaşayışdan sonra tərk edib. Gücünü itirməsi səbəbindən yeni iş tapa bilməyən indoneziyalıya sirk arenasında özünü göstərib pul qazanmağı təklif edirlər. Lakin “Ağac adam” hələlik sirk arenasına çıxıb qeyri-adi bədənini seyrçilərə göstərməkdən imtina edir.

Qeyd edək ki, barəsində bir sıra sənədli filmlərin çəkildiyi Dede “Discovery”də yayımlanmış “Mənim şok taleyim” sənədli serialının qəhrəmanına çevrilib. Çəkilişlərə cəlb edilmiş amerikalı həkim Entoni Qaspar Kosvaranın səhhətindəki problemi həll etmək üçün bir slra müalicə üsullarına əl atıb. Təkcə cərrahiyyə əməliyyatında onun ayağından 1,8 kiloqram ziyilli toxuma kəsilərək götürülüb.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR