Kiyev separatçıları koordinasiya edən rus generalın adını açıqladı
Bizi izləyin

Dünya

Kiyev separatçıları koordinasiya edən rus generalın adını açıqladı

Ukraynanın şərqində separatçıların döyüş əməliyyatlarını Rusiya Silahlı Qüvvələri Quru Qoşunları komandanının müavini general-leytenant Aleksandr Lentsov əlaqələndirir.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının mətbuat xidmətinin “Facebook” səhifəsində qeyd edilib.

Xəbərdə deyilir ki, operativ operativ informasiyaya görə, rusiyalı general separatçılara nəzarət edir.

Xatırladaq ki, Ukrayna qaynaqları hələ fevralın 18-də Aleksandr Lentsovun Devaltsevo rayonunda olduğunu yazıb və Lentsovun Donbasda çəkilən foto və videogörüntüləri yayılıb. Videogörüntüdə “Luqansk Xalq Respublikası”nın döyüşçüləri ilə danışan Lentsov onlara Ukrayna hərbçilərinin mühasirəyə düşmək bəhanəsi ilə Rusiyaya təslim olduğundan danışır. Lentsov hərbi geyimdə olsa da, üzərində Rusiya ordusunun heç bir nişanı yox idi. Ukrayna qaynaqları bildirir ki, Rusiya generalı bölgəyə separatçılar arasında təbliğat aparmaq və dağılan birlikləri vahid komandanlıqda birləşdirmək üçün gəlib.

Qeyd edək ki, Ukraynanın Təhlükəsizlik Xidməti avqustun 5-də Rusiya Silahlı Qüvvələri Baş qərargahının müdiri Valeri Gerasimov və Rusiyanın digər 10 hərbi qulluqçu barədə axtarış elan edib. Onlar Ukraynanın ərazisində silahlı münaqişənin təşkilində ittiham olunurlar. Rusiya Müdafiə Nazirliyi isə Kiyevin bu qərarını “səfehliyin yüksək səviyyəsi” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm