Seriala baxıb, qızın cəsədini turşuda əritdi
Bizi izləyin

Dünya

Seriala baxıb, qızın cəsədini turşuda əritdi

Fransada dünya səviyyəsində geniş tamaşaçı kütləsinə sahib “Breaking Bad” serialını yada salacaq bir cinayət törədilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, üç tələbə başqa bir tələbəni narkotik borcu olduğuna görə öldürdükdən sonra cəsədini serialdakı kimi turşu ilə əritməyə çalışıb.

Məlumata görə, 4250 funt-sterlinq narkotik borcu üçün öldürüldüyü deyilən 23 yaşındakı Eva Bourseanın cəsədi Tuluza şəhərindəki evinin qarşısında plastik qabın içərisində anası tərəfindən tapılıb.

Gənc qızı öldürən və izi itirmək istəyən tələbələr cəsədi plastik qaba yerləşdirmək üçün onun əlləri və ayaqlarını kəsiblər. Daha sonra cansız bədənin üzərinə turşu tökən tələbələr bununla da cəsəddən xilas olmağı planlaşdırıblar. Lakin polis onların cinayət əməlinin üstünü aça bilib.

“Breaking Bad” serialında da narkotik işinə girən şəxslər düşmənlərini öldürdükdən sonra cəsədləri turşu ila əridirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm